Axtarışda olan 29 nəfər eyni gündə saxlanıldı

Oxunma sayı: 291
21 Noyabr 2019, 18:39
Axtarışda olan 29 nəfər eyni gündə saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Noyabrın 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 15 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25