Meteoritlərin tərkibindən şəkər çıxdı

Oxunma sayı: 213
21 Noyabr 2019, 20:32
Meteoritlərin tərkibindən şəkər çıxdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Astrobioloqlar ibtidai meteorit-xondritlərdə bir neçə mürəkkəb şəkərin, o cümlədən genetik informasiyanın əsas komponentlərindən olan ribozanı aşkarlayıblar. 

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Proceedings of the National Academy of Sciences" jurnalında məqalə dərc olunub.

 

"Meteoritlər ilkin Yer üçün orqaniklərin daşıyıcıları rolunu oynaya bilərdilər. Bu səbəbdən səma cismlərində şəkərin aşkarlanması və onların planetimizə düşdüyü halda yaşaması ehtimalı onu göstərir ki, belə molekullar Yerdə, həmçinin, başqa planetlərdə RNT molekullarının və digər biopolimerlərin yaranmasında iştirak edə bilərdilər", - araşdırmaçılar bildiriblər.

 

Yaponiyalı alimlər müxtəlif meteoritlərdə dəfələrlə şəkər müəyyən etdiklərini bildiriblər. Lakin yekunda həmişə ixtiraçıların metodoloji səhv buraxdığı məlum olub.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar