45 dəqiqə qəlyan çəkənlər HUŞUNU İTİRƏ BİLƏR - Narkoloqdan XƏBƏRDARLIQ

Oxunma sayı: 303
21 Noyabr 2019, 22:26
45 dəqiqə qəlyan çəkənlər HUŞUNU İTİRƏ BİLƏR     - Narkoloqdan XƏBƏRDARLIQ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qəlyan sağlamlığa ciddi zərər vura bilər.

 

Azmedia.az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı həkim-narkoloq Oleq Kutuşev qəlyanın təhlükəsizliyi barədə mifi alt-üst edib.

 

Tədqiqat sayəsində məlum olub ki, 45 dəqiqə çəkilən qəlyan 1 qutu siqaretin yaratdığı karbon qazından daha çox dəm qazı ixrac edir. Bu isə ürək döyüntülərini və təzyiqi artıraraq insult və ürək- damar xəstəlikləri, ağciyərin funksiyasını pozaraq isə iltihab və xərçəng yaradır. Uzunmüddətli qəlyan çəkənlərdə huşun itirilməsi də ola bilər.

 

Araşdırmaya əsasən, qəlyançəkmə infeksion xəstəliklərə də yol aça bilər- hepatit, tuberklyoz, herpes.

 

O.Kutuşev xəbərdarlıq edib ki, bakteriyalar məhz boruda toplanır və təkrar istifadə zamanı digər şəxsə ötürülür.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar