Fatimə yenə Xatuna söz atdı: “Bu aqressia ilə yaşamaq...”

Oxunma sayı: 261
2 Декабрь 2019, 18:12
Fatimə yenə Xatuna söz atdı:   “Bu aqressia ilə yaşamaq...”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tanınmış rəqqasə Fatimə Fətəliyeva “Yutub” kanalında yayımlanan “Tolik ilə səmimi” verilişində qalmaqallı açıqlamalar verib.

 

Azmedia.az Teleqraf.com-a istinadla  xəbər verir ki, Fatimə Fətəliyeva Tarix Əliyevin “ Xatunla davana peşmansan?” sualına cavabda deyib: “Dəfələrlə adımı çəkiblər, qarşı tərəf tanımıram və sair deyib. Mən də buna gülmüşəm. Öz-özümə deyirəm ki, kaş ki...

 

İnsan insanı tanıyır, dostluq münasibəti qurur, ona peşman olmur. İnciklik olsa da barışmağa yer qoyurlar. Amma qarşı tərəfdə elə bir hadisə baş verdi ki, geriyə elə yer qoymadı”.

 

Bir müddət əvvəl müğənni Xatunu məhkəməyə verən Fatimə Fətəliyeva bu sözləri deyib: “Heç birimizin iddiası qəbul edilmədi. Əslində, əlimdə sübutlar ola bilərdi. Amma pis insan olmadığıma görə kameradakı söhbətləri saxlamadım. Qarşı tərəf də etdikləri üçün nə zamansa peşman olacaq. Düşünmürəm ki, ömür boyu aqressiya ilə yaşamaq olar. Mən kinsiz insanam”.

 

Fatimə Fətəliyeva Tolikin “Xatunla davandan sonra Nazilə Səfərli ilə Xatun cəbhəsi yarandı. Bu sənə necə təsir elədi?” sualına “Nazilə Səfərli ilə danışıram. Onlar əvvəl dost idilər. Nazilə Səfərli ilə danışırıq, amma rəfiqə deyilik. Sadəcə iş birliyimiz ola bilər”.

 

Xəyal adlı şəxslə ailəli olan Fatimə Fətəliyeva ilk dəfə həyat yoldaşının ondan yaşca kiçik olduğunu etiraf edib: “

 

“Xəyal hyatımda çox şeyi dəyişdi. Ona minnətdaram. Həyat yoldaşım yaşca məndən dörd yaş kiçikdir. Çox hörmətli ailənin oğludur. Tərbiyəli, yerini bilən bir insandır. O insan çox qapıları üzümə açdı. Gördüyünüz iş xanımın arxasında dayanan çox gözəl dayaq var”.

 

Qeyd edək ki, Xatun “Səhər-səhər” verilişində fotosessiyasının Fatimə tərəfindən oğurlandığını demişdi. Xatunun bu addımından sonra Fatimə salonunda çalışan müğənnin stilist qardaşı Balaşı işdən çıxarmışdı.

 

Müğənni daha sonra müğənni instaqramda dodağı silikonlu gəncin fotosunu paylaşmışdı. Bundan başqa, müğənni ad çəkməsə də, “Bağ evində xəyanət” həştağından istifadə edərək rəqqasəyə söz atdığı iddia olunmuşdu. Fatimə isə qarşı tərəfi məhkəməyə vermiş, ondan üzr istəmisini tələb etmişdi.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar