Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO

Oxunma sayı: 565
2 Декабрь 2019, 17:17
Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

 

Azmedia.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

 

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

 

“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.

 

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

 

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar