"Brilliant xanımla razı deyiləm, bundan sonrada olmaram" Röya Ayxan

Oxunma sayı: 155
3 Декабрь 2019, 10:37
"Brilliant xanımla razı deyiləm, bundan sonrada olmaram" Röya Ayxan

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Röya Brilliant Dadaşovanın fikrinə sərt şəkildə reaksiya bildirib.

 

Azmedia.az xəbər verir ki, Qonaq olduğu "3D" proqraminda qalmaqallı açıqlamalarla gündəmə gələn Xalq artisti, Brilliant Dadaşovanında fikrinə münasibət bildirib.

 

O, aparıcı Dadaş Dadaşlinskinin "Brilliant Dadaşova erməni ifaçının paylaşımının altina "super"  yazdı və dedi ki, görsəm erməni yaxşı ifa edir,  yenə yazacam. Mahnının milliyəti olmur. Siz necə düşünürsünüz?"  sualına kəskin cavab verib.

 

" Onda niyə şərhi pozdu? Deməli öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, mahnının milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

 

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonrada olmaram"

 

Rəqsanə İsayeva.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar