"Ajda Pekan bu günə qədər ancaq Ajda olmaq üçün çalışıb " - Bengü

Oxunma sayı: 242
3 Декабрь 2019, 12:02
"Ajda Pekan bu günə qədər ancaq Ajda olmaq üçün çalışıb "   - Bengü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bengünün bu sözlərinə Türkiyənin pop starı Ajda pekan cavab verib.

 

Azmedia.az xəbər verir ki, Bengü müsahibələrinin birində "Məncə bir pop starın tamamlanması üçün, övladı, ailəsi olmalıdır. Təklik çox çətindir. Məsələn bəzən Ajda xanıma baxıram və fikirləşirəm ki, nə qədər şeydən məhrum olub.Bu günə qədər yalnız Ajda Pekan olmaq üçün çalışıb".

 

Hər zaman gözəlliyi və gənc qalması ilə diqqət çəkən pop starın gənc ifaçıya  cavabı belə olub.

 

"Qismət deyə bir şey var ki, onun önünə keçmək mümkün olmur. Məndə çox istədim övlad sahibi olmağı amma olmdı. Ailə olaraq dağınıq olmuşuq. Əgər övladım olsaydı o uşağı xoşbəxt edə biləcəyimdən əmin deyildim. Əsas olan uşağın taxtını deyil, bəxtini ona verə bilməkdir. Bu isə bizim əlimizdə olan bir şey deyil. Həm evli olmayan pop starlar çoxdur. Nümunə üçün yalnız mənim güstərilməyim xoş deyil. Elə insanlar var ki, tək yaşamağı seçir. Mən belə xoşbəxtəm çox şükür. Başqalarının düşüncələrini önəmsəmirəm. Bengüyə də ailəsi ilə birlikdə bir ömür xoşbəxt olmasını arzu edirəm"

 

Rəqsanə İsayeva

Paylaş
Xəbər lentİ
Çox oxunanlar