Azərbaycanlı məşhuru toyunda görən gəlin hönkür-hönkür AĞLADI: bəyi unutdu - FOTO

Oxunma sayı: 162
3 Декабрь 2019, 13:38
Azərbaycanlı məşhuru toyunda görən gəlin hönkür-hönkür AĞLADI:     bəyi unutdu - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Röya arzulanan, pul olmayan məclisə gedirmi?

 

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, bu sualla Dadaş Dadaşlinski İTV-də yayımlanan "3D" proqramında qonaq olan Xalq artisti Röya Ayxana müraciət edib.

 

Röya dəfələrlə bu cür addım atdığını bildirib. Xalq artisti belə hallardan birində toyda qarşılaşdığı reaksiyanı da efirdə danışıb:

"Mən o toya getməyə də bilərəm, Bakıda olmaya bilərəm, amma o toyu edərəm.

 

Mənim yanımda bir qadın işləyirdi. O qadında bir az aqressivlik var idi. Mən ona deyirdim ki, "Bu telefona zəng edəcəklər, arada bir pulsuz da istəyəcəklər toylarında iştirak edim, insanların pulu olmur. Mütləq araya sal həftəyə 2-3 elə toylara gedək, onlar bizi sevənlərdi". Amma o qadın istəmirmiş bunu. Deməli. buna bir adam dəfələrlə zəng edir. Deyir ki, "Bir bacıyıq, bir qardaş. Bacımın böyük arzusudur, imkanımız yoxdur və mən ona qardaş kimi hədiyyə eləmək istəyirəm. Girsin bir dənə mahnı oxusun çıxsın". Bu qadın da deyir vaxtımız yoxdur. O gün də, doğurdan, biz bir neçə yerdəyik. Qadına hər zəng edəndə o oğlan bacısının toyunun olacağı yerin adını o qədər çəkir ki, təsadüfən məni o toya aparırlar. Mən restorana girdim, başa düşdüm ki, səhv gəlmişik. İşçilər başladılar ki, mahnını kəs. Mən onlara işarə verdim ki, "Heç vaxt! Biz oxuyacağıq". Gəlin ağlaya-ağlaya üstümə gəldi. Ürəyimdə o an fikirləşirəm ki, "Ay Allah, səni tanımayana lənət. Gör necə etdin, bu qız gör məni nə qədər sevirmiş. Makiyajı dağıldı. Bəy onunla oynamaq istəyir, bəyi saxlayır. Hönkürtü ilə ağlayırdı. Mən 4-5 mahnı oxudum, düşdüm. Qardaşı gəldi dedi ki, "Sizə qurban olum, siz onu xoşbəxt elədiniz". Arvad (işçisi) baxdı dedi ki, "Da, bu həmən toydur". Dedim "İnna, bir mənim evimə adam gələndə "xaladelnik"i bağlı saxlama, gələn adam açsın yeməyin yesin. Bir də bu adamları, gələn bu ruzi var, sevgi var ha, onu məndən ayırma".

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar