"Artıq muğamımızı da çox oxuyub məni yorurlar" - Elza Seyidcahan

Oxunma sayı: 1504
3 Декабрь 2019, 19:57
"Artıq muğamımızı da çox oxuyub məni yorurlar"   - Elza Seyidcahan

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

 Elza Seyidcahan bu dəfə xanəndələrlə qalmaqal yaşayıb.

 

O, "ATV Maqazin Onlarla",- verlişinə verdiyi müsahibədə bu sözləri dilə gətirib. 

 

"Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zəngüləsi də, qıtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artistləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahni oxusunlar"

 

Bəstəkar-müğəninin bu fikrinə qəzəblənən xanəndələr də ona özlərinə məxsus şəkildə cavab veriblər.

 

Xanəndə İlkin Əhmədov " Dinləyə bilməyən çölə çıxsın"

 

Əməkdar artist Təyyar Bayramov "Muğamımız yüz il sonra da, oxunsa eyni olacaq. Məndə onun şeirlərini bəyənmirəm" 

 

Əməkdar artist Fərqanə Qasımova "Bunun günahı tamaşaçılardadır. İfaçı zil tonu göstərməlidir ki, alqış alsın"

 

Xalq artisti Mələkxanım Əyyubova " Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır"

 

Əməkdar artist Ehtiram Hüseynov isə, Elza Seyidcahanın dediklərini özünə şamil etməyib.

 

Rəqsanə İsayeva

Paylaş
Xəbər lentİ
Çox oxunanlar