Əhaliyə hava - XƏBƏRDARLIĞI - Qar yağacaq

Oxunma sayı: 461
3 Декабрь 2019, 14:18
 Əhaliyə hava     - XƏBƏRDARLIĞI - Qar yağacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 

Havanın temperaturu dekabrın 5-də 3-5 dərəcə aşağı enəcək.

Paylaş
Çox oxunanlar