Afaq Bəşirqızının “deputat olması”na daha bir reaksiya

Oxunma sayı: 168
3 Декабрь 2019, 17:45
Afaq Bəşirqızının “deputat olması”na daha bir reaksiya

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Səidə Quliyeva yeni işlərindən və həmkarı Afaq Bəşirqızı ilə bağlı sosial şəbəkələrdəki aksiyadan söhbət açıb.

 

Azmedia.az bildirir ki, Sənətçi Axşam.az-ın suallarını cavablandırarkən bunları deyib:

 

“Sonuncu dəfə “Qış nağılı” filmində çəkilmişəm. Düzdür, epizodda rol almışam. Amma öz səhnələrimə o qədər gülmüşəm ki... Üç gün Qəbələdə qaldıq, çəkilişi orada etdik. Kollektiv işgüzar, mehriban olanda film əla alınır. Bu film də elədir. Müəyyən insanlarda təcrübəsizlik var idi, amma onlar da buradan bəhrələndilər. Mən peşəkar rejissorlarla işləmişəm. Buna əsaslanıb danışıram. AzTV-də “Sabah” studiyasının “Zəng” televiziya filmində baş rola çəkilmişəm. Yeni il ərəfəsində yayımlanacaq. Afaq Bəşirqızı, Cahangir Novruzov, Fərhad İsrafilov, Məbud Məmmədov da orada rol alıb. Çox maraqlıdır”.

 

O söyləyib ki, A.Bəşirqızının deputat olması ilə bağlı aksiyanın lehinə olduğunu söyləyib:

 

“Eşitdim ki, Afaq Bəşirqızının deputatlığa namizəd olması ilə bağlı sosial şəbəkədə təkliflər səsləndirirlər. Niyə də yox? Bu, çox gözəldir. Bizim sözümüzü, istəklərimizi Milli Məclisdə bəyan edər. Çox maraqlı olardı, onu dəstəkləyirəm”.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar