Oksana Şəhriyara qız bəyənməsindən danışdı: “Dedilər, oğlan çox qocadır”

Oxunma sayı: 213
3 Декабрь 2019, 17:34
Oksana Şəhriyara qız bəyənməsindən danışdı: “Dedilər, oğlan çox qocadır”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İndiyə qədər ona 50-yə yaxın qız göstərmişik.

 

Azmedia.az Milli.Az-a istinadla bildirir ki, ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı rəqqasə Oksana Rəsulova olub.
 

Rəqqasə yaxın dostu, aktyor Şəhriyar Əbilova qız bəyənməyindən danışıb:
 

"Şəhriyar çox vas-vası insandır. O, şahzadə axtarır. İndiyə qədər ona 50-yə yaxın qız göstərmişik. Hətta bir dəfə Şəhriyarın bacısının xına mərasimində bir qızdan xoşum gəldi. Fikirləşdik ki, bu 100 faiz Şəhriyarın zövqünə uyğundur. Qızı Şəhriyara göstərdik. O da bəyəndi. Sevindik ki, nəhayət, evlənir, toy olacaq. Valideynləri qız üçün elçi gediblər. Qızın atası deyib ki, sizin oğlunuz mənim qızım üçün çox qocadır. Aralarında təqribən 15 yaşa qədər fərq var idi. Qızın 23 yaşı olsa da yaşından böyük görünürdü. Ondan sonra Şəhriyar bizə dedi ki, daha mənə qız tapmağa çalışmayın. Mən özüm yarımı tapacam".

Paylaş
Xəbər lentİ
Çox oxunanlar