Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə qanun layihəsi razılaşdırma mərhələsindədir - FOTOLAR

Oxunma sayı: 147
12 Dekabr 2019, 13:30
Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə qanun layihəsi razılaşdırma mərhələsindədir     - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 05 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

 

Energetika Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, Komissiyanın sədri, Energetika naziri Pərviz Şahbazov dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, Sərəncamdan irəli gələn vəzifələrin qısa müddətdə icra edilməsinin əsas hədəf olduğunu deyib. Nazir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Energetika Nazirliyi tərəfindən son bir ildə görülən işlər barədə məlumat verib. Bldirilib ki, bu sahənin inkişafı üçün özəl sektorun cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə öyrənilib, 9 beynəlxalq şirkətlə əməkdaşlıq sənədləri imzalanıb. Ölkədə bərpa olunan enerji sahəsi üzrə mövcud şərait qiymətləndirilib, investorların maraqları nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Beynəlxalq şirkətlərin verdikləri təkliflər dəyərləndirilib.

 

İclasda gündəlikdə duran məsələlər və görüləcək işlər müzakirə edilib. Tədbirlər üzrə 5 işçi qrupu yaradılıb. Eyni zamanda, investorlarla beynəlxalq təcrübə nəzərə alınmaqla yerli qanunvericilik şərtlərinə uyğun müqavilələrin hazırlanması ilə bağlı hüquqi, institusional məsələlər üzrə də işçi qrupunun yaradılması təklif edilib.

 

Tədbirlərin Sərəncamda nəzərdə tutulan müddətlərdə icrası məqsədilə müvafiq təkliflərin vaxtında təqdim edilməsi işçi qruplarına tövsiyə edilib.

Fotoları təqdim edirik
Loading...
Paylaş
Xəbər lentİ
Çox oxunanlar