18 il əvvəl evlənmiş qeyri adi cütlük – Onlar indi necə yaşayır?

MARAQLI

11 Sentyabr 2019 13:40

Oxunma sayi: 329
18 il əvvəl evlənmiş qeyri   adi cütlük –     Onlar indi necə yaşayır?
Düz 18 il öncə 17 yaşlı Cey Barhem və 51 yaşlı Linda Barhem ailə həyatı qurdular. Cey sürücülük vəsiqəsi almaq üçün üz tutduğu məktəbdə öz müəlliminə aşiq oldu və onunla evləndi. Bizimyol.info xəbər verir ki, onların evlənməsi medianın gündəmini zəbt etdi, sosial şəbəkələrdə uzun-uzadı müzakirə olundu, hər kəs bu coşğun hisslərin çox tezliklə ötüb keçəcəyindən yazd. Aralarında düz 34 yaş fərq olan qadın və kişinin münasibəti hamıda şübhə oyandırmışdı. Lakin, 18 il keçməsinə baxmayaraq onlar hələ də birlikdədirlər və Cey Lindaya əvvəlki kimi aşiq olduğunu söyləyir. Onların 18 il sonra birgə həyatını əks etdirən fotoşəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb. “Yaş uzunmüddətli nikaha mane olmur.18 il keçib, mən hələ də Lindaya aşiqəm. Buna görə də qorxmadan sevin, ətrafdakıların nə deməsinə yox, ürəyinizin səsinə qulaq asın”,- deyə Cey bildirib.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!