19 bıçaq zərbəsi alan bloqer qan içində FOTOlarını paylaşdı

DÜNYA

20 Sentyabr 2019 15:37

Oxunma sayi: 369
19 bıçaq zərbəsi alan bloqer qan içində FOTOlarını paylaşdı

Ukraynada 19 yaşlı bloqer qısqanclıq zəminində bıçaqlanıb.

Azmedia.az Milli.Az-a istinadla xəbər verir ki, Odessada yaşayan 19 yaşlı bloqer Olqa Burdeynaya Aleks adlı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb.

19 bıçaq zərbəsi vurulan bloqer ifadəsində yoldan keçənlərin onu xilas etdiyini söyləyib. O bildirib ki, sevgilisi onu qısqandığına görə bıçaqlayıb.

Adam öldürməyə cəhd maddəsi ilə saxlanılan Aleks şərti azadlığa buraxıldıqda Olqa buna etiraz etmək məqsədi ilə bıçaqlanmış halının fotolarını paylaşıb.

"Hər yerim ağrıyır və məyusluğumun həddi-hüdudu yoxdur. O, azadlığa buraxılıb və yenidən mənə hücum çəkə bilər", - Olqa paylaşımında qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!