2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

İQTİSADİYYAT

02 May 2024 15:39

Oxunma sayi: 331
2023-cü ildə dünyada neçə turist qeydə alınıb?  - AÇIQLAMA

“Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb”.

Azmedia.Az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşeviç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” mövzusunda panel müzakirələri zamanı deyib.

O, rəqəmin kifayət qədər böyük olduğunu vurğulayıb:

“Turizm sülh və mədəniyyətlərarası dialoq adlanır. Turizmin iqtisadiyyatın inkişafında, yoxsulluğun azaldılmasında rolunu bilirik. Turizm sahəsində artım tendensiyasını bütün dünyada görürük. Bu o deməkdir ki, bu qədər insan sərhədləri keçərək digər mədəniyyətlərlə tanış olur, təsəvvürlərini dəyişirlər. Bu mənada turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!