22 nəfərin qatili olan 21 yaşlı oğlan tutuldu

DÜNYA

19 Sentyabr 2019 22:48

Oxunma sayi: 287
22 nəfərin qatili olan 21 yaşlı oğlan tutuldu

Amerikanın Texas ştatının höküməti Patrik Kruziusa qarşı ittihamlar sürüblər. Səlahiyyətlilərin bildirdiyinə görə, bunun əsas səbəbi avqustun əvvəlində El Paso şəhərində 22 nəfərin güllələnməsidir.

Azmedia.Az Trend-ə istinadən bildirir ki, münsiflər heyəti prokurorluqda 21 yaşlı Kruziusa qarşı olan dəlillərin yetərincə olduğunu sayıblar. Belə ki, məhs dəlillərə görə Kruziusa qarşı qətl ittihamı sürə biliblər.

Kruziusun günahkar olduğu aşkar edilərsə, edam cəzası və ya ömürlük həbs cəzası ilə üzləşə bilər. Prokurorluğun nümayəndələri bundan əvvəl Kruzius üçün edam cəzası istəyəcəklərini bildirmişdilər.

Polisin bildirdiyinə görə, Kruzius avqustun 3-də El Paso şəhərində Walmart mağazasında insanlara atəş açıb. Atəş nəticəsində 8 meksikalı da daxil olmaqla 22 nəfər ölmüş, 20-dən çox ziyarətçi yaralanmışdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!