ABŞ nin bir çox ştatları TikToku qadağan edir

İKT

21 Yanvar 2023 01:00

Oxunma sayi: 472
ABŞ   nin bir çox ştatları TikToku qadağan edir

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

Azmedia.Az  xəbər verir ki, bu istiqamətdə ilk qərarı Texas qubernatoru Qreq Abbottun verib.

O, sosial platformanın məhdudlaşdırılması ilə bağlı dekabr ayında qərar qəbul edib.

Bu qərardan sonra isə Texas Universiteti təhsil müəssisəsi daxilində TikTok sosial platformasına daxil olmağı əngəlləyib.

Belə ki, hazırda ABŞ-nin bir çox ştatlarında TikTokun qadağan edilməsi istiqamətində qərarlar verilir.

Buna səbəb isə Çin tərəfindən yaradılan TikTok sosial platformasının ABŞ-dəki məlumatları Çin hökumətinə ötürməsi qorxusudur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!