ABŞ-nin Suriyaya hava zərbələri nəticəsində SEPAH hərbi müşaviri ölüb - FOTO

DÜNYA

27 Mart 2024 02:23

Oxunma sayi: 188
ABŞ-nin Suriyaya hava zərbələri nəticəsində SEPAH hərbi müşaviri ölüb -  FOTO

Suriyada ABŞ-nin hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

Bu barədə İranın Suriyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!