Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

ÖLKƏ

08 May 2024 15:23

Oxunma sayi: 256
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs müəyyən edilib.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!