“Açıq şəkildə deyirəm, kiminsə sözü varsa...“

ŞOU BİZNES

25 Mart 2024 20:54

Oxunma sayi: 888
“Açıq şəkildə deyirəm, kiminsə sözü varsa...“

Aparıcı Günay Baxşəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

Azmedia.az olay-a istinadən xəbər verir ki, Günay "Zaurla Günaydın" verilişində həyat yoldaşı Zaur Baxşəliyevin sosial proqramından danışıb.

O deyib ki, Zaurun verilişində edildiyi qədər yardım başqa proqramlarda yoxdur:

"Mən başqa verilişləri də izləyirəm. Uzun müddət ATV-nin baş redaktoru kimi çalışmışam. Belə bir vərdişim var ki, bütün proqramlarla bağlı məlumatım olmalıdır. Həyat yoldaşım olduğu üçün demirəm. Amma Zaurun "Bizimləsən" verilişi uzun müddətdir yayımlanır. Onun komandasının hər həftə yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb. Mən açıq şəkildə deyirəm. Kiminsə sözü varsa, bizdə siyahı var. Azərbaycanın elə bir bölgəsi, ucqar kəndi yoxdur ki, oradan bir ailənin üzvünə kömək edilməsin". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!