AFFA dan şok tələb: “Pulumu verin, millidə oynayım!“

İDMAN

05 Sentyabr 2019 17:26

Oxunma sayi: 299
AFFA   dan şok tələb:     “Pulumu verin, millidə oynayım!“
Yaxınlarda "Alkorkon"dan "Albasete"yə keçən Eddi İsrafilov millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə səfər, Xorvatiya ilə ev oyunlarına dəvət almayıb. Nikola Yurçeviç zədəsini yenicə sağaltdığı üçün yarımmüdafiəçini yığmanın düşərgəsinə çağırmadığını bildirib. Milliləşdirilən futbolçunun ölkəmizin bir nömrəli komandasından kənarda qalmasının səbəbi başqadır. İsrafilov AFFA-dan ona çatacaq pulu tələb edir. Məsələ ondadır ki, federasiya 2015-ci ildə Azərbaycan yığmasını seçməsi müqabilində Eddiyə müəyyən məbləğ "boyun olub". Qurum həmin vəsaiti hələ tam ödəməyib. İsrafilova çatacaq məbləğdən 300 min dolları qalıb. AFFA rəsmiləri 27 yaşlı oyunçunu dilə tutsa da, o, pulunu almayanadək geri dönməyəcəyini bildirib.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!