AFFA Premyer Liqanın 3 klubunu CƏRİMƏLƏDİ

İDMAN

09 Aprel 2024 14:23

Oxunma sayi: 156
AFFA Premyer Liqanın 3 klubunu  CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.

Çempionatın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər.

4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manatlıq cəriməyə məruz qalıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!