Ağdamda ekskavator minaya düşdü

ÖLKƏ

07 Aprel 2024 15:16

Oxunma sayi: 239
Ağdamda ekskavator minaya düşdü

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!