Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı: “Qarabağ şikəstəsi” səsləndi - YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

26 Aprel 2024 12:33

Oxunma sayi: 465
Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı: “Qarabağ şikəstəsi” səsləndi  - YENİLƏNİB + FOTO/VİDEO

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində rəqs ansamblının və hərbi orkestrin iştirakı ilə bədii proqram nümayiş olunub.

Məlumata görə, proqramda, həmçinin, “Qarabağ şikəstəsi” səsləndirilib.

*********

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib.

Azmedia.Az bununla bağlı görüntüləri təqdim edir:

 

**********

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

Məlumata əsasən, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!