Ağdaşda narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb - FOTO

ÖLKƏ

05 Aprel 2024 11:17

Oxunma sayi: 154
Ağdaşda narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb -  FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Novruz Əhmədov saxlanılıb.

Azmedia.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 1,2 kiloqram heroin aşkar edilib.

Həmin şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu Mustafa adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. N.Əhmədovun maddi vəsait qarşılığında narkokuryerlik etməyə razılaşdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!