Ağstafada dava zamanı qardaşlar bıçaqlanıb

ÖLKƏ

25 Mart 2024 01:33

Oxunma sayi: 178
Ağstafada dava zamanı qardaşlar bıçaqlanıb

Ağstafada dava bıçaqlanma ilə nəticələnib.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//apa

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!