“Akıncı” dənizdə uğur qazandı: Hədəflər məhv edildi - VİDEO

DÜNYA

08 May 2024 14:29

Oxunma sayi: 275
“Akıncı” dənizdə uğur qazandı:  Hədəflər məhv edildi - VİDEO

Türkiyənin pilotsuz hava hücumundan müdafiə vasitələri arasında əhəmiyyətli yerə sahib olan “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı dənizdə hərəkət edən və sabit hədəflərə qarşı atış sınaqlarını uğurla başa vurub.

Məlumata görə, bununla bağlı görüntüləri “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial şəbəkə hesabından paylaşıb.

O bildirib ki, test zamanı PUA milli elektron-optik sistem və yerli mini “ağıllı” sursatlardan istifadə edib.

Xatırladaq ki, “Akıncı” bundan əvvəl “Roketsan” şirkətinin istehsalı olan “İHA-122” səsdən sürətli raketinin, həmçinin “Çakır” qanadlı raketinin atış sınağını müvəffəqiyyətlə başa vurub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!