Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini AÇIQLADI

SAĞLAMLIQ

28 May 2023 09:15

Oxunma sayi: 782
Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini   AÇIQLADI

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

Azmedia.Az  xəbər verir ki, aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gündə ən az 1 saat ayaqla gəzməlisiniz. əgər oturaq işdə işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxıb yerinizdə hərəkətlər edin. 

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir.

Alimlər siqaret çəkənlərə də xəbərdarlıq edib. Əgər onu birdəfəlik tərgidə bilmirsinizsə, gündə istifadə sayını azaldın.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!