Almaniya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır - FOTO

İDMAN

21 Mart 2024 00:10

Oxunma sayi: 664
Almaniya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır -  FOTO

Almaniyanın “Auqsburq” klubu “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə maraqlanır.

Azmedia.Az azerisport.com-a istinadən xəbər verir ki, Almaniya klubunun nümayəndələri Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendəki “Qarabağ”la cavab görüşünü stadiondan izləyiblər. 

“Auqsburq”un təmsilçilərindən biri Monteneqro yığmasının yarımmüdafiəçisinin iştirakı ilə daha bir oyuna baxacaq.

Bu dəfə almanlar Antalyada Monteneqro və Belarus yığmaları arasında yoldaşlıq görüşünə yollanacaq.

Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Yankoviçin Ağdam klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!