Anadangəlmə hesab olunan çarəsiz xəstəliklə bağlı yeni fakt ortaya çıxdı

SAĞLAMLIQ

02 May 2023 10:07

Oxunma sayi: 793
Anadangəlmə hesab olunan çarəsiz xəstəliklə bağlı yeni fakt ortaya çıxdı

İlk dəfə olaraq körpənin gələcəkdə şizofreniya xəstəliyinə meyilli olduğunu göstərə biləcək biomarkerlər müəyyən edilib.

Bu barədə “Virginia Commonwealth University”nin (ABŞ) elm adamlarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu araşdırma aparıb. İşin nəticələri “Molecular Psychiatry” jurnalında dərc edilib.

Tədqiqat zamanı yüzlərlə yeni doğulmuş körpənin qan nümunələri araşdırılıb və belə nəticəyə gəlinib ki, uşaqlar anadan olarkən metilasiyada görünən müəyyən fərqlər xəstəlik riskini göstərir.

İndiyə kimi şizofreniyanın genetik xəstəlik olduğu məlum idi. Lakin alimlər sübut edə biliblər ki, ətraf mühit faktorları DNT-də kimyəvi dəyişikliklərə səbəb olur və bu da xəstəliyin inkişafına təsir göstərir.

Mənbə: Lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!