Arvad uşağı xəbərsiz atıb gedəndən 51 il sonra geri qayıtdı

DÜNYA

19 Sentyabr 2019 22:36

Oxunma sayi: 293
Arvad   uşağı xəbərsiz atıb gedəndən 51 il sonra geri qayıtdı

Keniyada həyat yoldaşı və 6 uşağını 1968-ci ildə atıb gedən kişi geri qayıtmaq qərarına gəlib. Xəbərsiz yola düşən Frensis Mutua Çeqe 51 il sonra evə qayıdıb.

Azmedia.az Bizimyol,info-ya istinadən xəbər verir ki, kişinin həyat yoldaşı Vanciru Mutua bu illər ərzində onun yolunu gözləyib. Əvvəlcə ərini Kisii şəhərində gördüklərini deyiblər. Orada tapmaq mümkün olmayıb. Yerli sakinlər Frensisin şəhərdən köçdüyünü bildiriblər. Bundan sonra Vanciru axtarışı dayandırmaq, bütün diqqəti uşaqların tərbiyəsinə yönəltmək qərarı verib.

Frensisin sağ-salamat olması haqda məlumatı başqa bir keniyalı qadın Monika Qatoni kişinin ailəsinə çatdırıb. Qadın onu İkumbi şəhərində ac dolaşan görüb. Evinin harada olduğunu soruşub, beləcə, ailəsinə xəbər verib. Frensis 51 il sonra evinə qayıdıb.

81 yaşlı kişi deyir ki, bu illər ərzində müxtəlif şəhərlərdə yaşayıb. Biznes qurmağa çalışıb, meşə idarəsində işləyib. Amma qazancı yeni ailəsində həyat yoldaşı və oğlunu həmişə narazı salıb. Çünki qazandığı pulların çoxunu içkiyə verirmiş: “Evə qayıtmağa utanırdım”.

Onu doğma kəndində çox yaxşı qarşılayıblar. Keçi kəsiblər, uşaqları kəndə atalarını görməyə gəlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!