Arvadının pulu hesabına məşuqə saxlayırmış

ŞOU BİZNES

24 Oktyabr 2019 21:30

Oxunma sayi: 557
Arvadının pulu hesabına məşuqə saxlayırmış

Rusiyalı müğənni Lolita bu gün əri Dmitri İvanovdan rəsmi şəkildə boşanıb.

 

Azmedia.az xəbər verir ki, sənətçi arada sevgi münasibətlərinin bitdiyini söyləsə də, səbəb tamamilə başqadır. Cütlüyün ailə dostu mətbuata açıqlamasında İvanovun xanımını Olqa Kuliyeva adlı qadınla aldatdığını deyib. Adının çəkilməsinin istəməyən kişi Dmitrinin ifaçının pullarını yeni sevgilisinə xərclədiyini deyib.

 

 

"Lolitanın xəyanətdən uzun müddət xəbəri olmayıb. Çünki Dmitri xaricdə turnirlərə qatılmaq adı ilə günlərlə evdə olmurdu. Həmin müddəti o, sevgilisinin evində keçirirdi. Dmitri lüks həyata öyrənib. O, hər şüyi Lolitanın hesabına qazanmışdı. Bahalı avtomobili, zəngin həyatı vardı. Bundan sonra necə dolanacaq, bilinmir" deyə, o bildirib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!