Arzu Mələk: “Adı təkcə sənətə görə vermirlər“ MÜSAHİBƏ

MÜSAHİBƏ

02 May 2020 23:41

Oxunma sayi: 605
Arzu Mələk: “Adı təkcə sənətə görə vermirlər“   MÜSAHİBƏ

Azmedia.az xəbər verir ki, Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı sevilən müğənni Arzu Mələk olub. 

 

Arzu xanım saytımıza özəl müsahibə verib. 

 

- Arzu xanım, mediadan, televiziyadan illərdir uzaqdasınız. Bunun səbəbi nədir? 

 

- Media ilə o qədər də aram yoxdur. Amma televiziyadan uzaq deyiləm. Düzdür, illərdir tez-tez görünməsəm də, seyrək şəkildə də olsa verilişlərdə oluram. Hazırda gündəmdə deyiləm. Yollar açılandan sonra Azərbaycana qayıdacam. Yeni mahnılarım var, onları oxuyacam. Klip çəkdirəcəm. Televiziya verilişlərində də mütəmadi görünəcəm. Bir sözlə, İnşAllah Azərbaycana qayıdanda gündəmdə olacam

 

- Bəzən sizə estetik iddeaları olur. Bunun səbəbi nədir? Estetik əməliyyatlardan istifadə etmisinizmi? 

 

- Bəli, elə fikirlərlə qarşılaşıram. Lakin, bunlar çox yanlış fikirlərdir. Hələ bugünə kimi estetik əməliyyatlardan istifadə etməmişəm. Mənim anadangəlmə burnum balacadır. Hələ estetik əməliyyatlar meydana çıxmamış, heç kim burnumla bağlı sual vermirdi. Amma ki, əməliyyatlar meydana gələn kimi artıq estetik iddiaları da başladı. Kimdə balaca burun görsələr, elə bilirlər ki, kəsdirib. Üzümün də dolu olması barədə suallar yaranmağa başladı. Hətta bəziləri o qədər cahildir ki, gellə botoksu ayıra bilmir. Soruşur ki, "Üzünə botoks vurdurmusan?" Halbuki, botoks üzdəki qırışları açmaq üçündür. İllər öncə bir dodağıma dolğu etdirmişdim. Amma sonradan peşiman olub, onu çıxardım. Bəziləri estetik adı eşidib, kim gözəldirsə elə bilirlər ki, bu da estetik edib. Bir də görürsən 30 yaşıma kimi olan şəkillərimin altına yazırlar ki, o vaxt gözəl idin, indi o qədər gel vurdurmusan, özünü pis günə qoymusan. İnsan əzəldən gözəldirsə, o həmişə də gözəl olaraq qalacaq yaşdan asılı olmayaraq. İnsanlara başa sala bilmirəm ki, mən gəncliyimdəki kimi qala bilmərəm. İllər ötür, yaşın üstünə yaş gəlir cizgilərim dəyişir. Heç kim 25 yaşında olduğu kimi qala bilməz. 

 

- Həyatda düşmənlərinizin olduğunu qeyd edirsiniz. Bunların arasında şou biznes əhli varmı? Sizin nifrətinizi qazanacaq nə ediblər?

 

- Bəli, bir neçə nəfər düşmənim var. Onlardan isə cəmi biri şou əhlindəndir. Digər ikisinin isə şou-bizneslə əlaqəsi yoxdur. Əslində, mənim çox düşmənim də yoxdur. Həmişə çalışmışam ki, insanlarla münasibətim korlanmasın. Fəqət, həmin bir-iki nəfərin vurduğu zərbə ölənə kimi mənim yadımdan çıxmaz. Onlar məni arxadan elə vurublar ki, onları bağışlamaq qeyri-mümkündür. O zərbələr məni hələ də incidir. O yaralardan daima qan sızır. Nifrət qazanmaq yox, mən onları axirətdə də bağışlamaram. O zərbələri vurmaq üçün insan olmamalısan. Bu məsələni tam açıqlamaq istəmirəm. Çünki, şəxsi həyatımla bağlı ictimaiyyətə o qədər də məlumat vermək istəmirəm. Bəziləri var ki, çimən yerdə, yemək yeyən yerdə özlərini reklam edirlər. Düşünürlər ki, nə olursa olsun, təki gündəmdə olum, təki məndən danışsınlar. Mən belə ucuz reklamlar edə bilmərəm. Bəzi reklamlar var ki, anti-reklam xarakteri daşıyır, müğənnini nüfuzdan salır. Bəziləri bunu nəzərə almır. Amma mən belə reklamlarla gündəmə gəlmək istəmirəm. Mən istəyirəm ki, gündəmə yalnız mahnılarımla, işlərimlə gəlim. 

 

- Sizinlə sənətə eyni gələnlər artıq ad alıb. Sizin isə gözəl sənətinizin olmasına rəğmən ad almamısınız. Buna səbəb nə ola bilər?

 

- Bəli, bunun səbəbi var. Hətta məndən əvvəl gələnlər də var ki, ad almayıb, amma məndən sonra gələnlər ad alıb. Bir bunu deyəcəm ki, adı təkcə sənətə görə vermirlər. Bu barədə başqa danışmaq istəmirəm. 

 

- Arzu xanım, niyə duetləriniz yox dərəcəsindədir? Duet oxuyacaqsınızmı? 

 

- Mən ümumiyyətlə duet oxumağa çox üstünlük vermirəm. Amma Azərbaycana qayıdanda bir duetimiz var. Tural Sədalı ilə danışmışıq, duet oxuyacayıq. Gələcəkdə də ola bilər ki, kimləsə duet oxuyum. Amma bir duet dəqiqdir.

 

- Arzu xanım, sizə məşhurluq gətirən işiniz hansı olub? 

 

- Uşaqlıq illərimdən müğənniliklə məşğul olsam da, 2001-ci ildən efirə çıxdım. Mütəmadi olaraq verilişlərdə oldum, qısa müddətdə tanındım və məni sevən tamaşaçılarım oldu. Çox mahnılarım sevilsə də, "Get səni xoşbəxt olasan" adlı mahnım daha dəbdə oldu. Gəlin köçən qızlar üçün yazılmışdı. Gəlin köçəndə mənim mahnımın sədaları altında köçürdü. İlk mənə ən çox məşhurluq gətirən mahnım o oldu. Amma ki, "Ağlamaqdan qorxuram" mənim şah əsərimdir. İndi də məni görəndə bu mahnını istəyirlər. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!