Atasının vəfatından sonra ilk dəfə efirə çıxdı - FOTO

ŞOU BİZNES

18 Mart 2024 14:40

Oxunma sayi: 793
Atasının vəfatından sonra ilk dəfə efirə çıxdı -  FOTO

Müğənni Ramal İsrafilov atasını itirəndən sonra ilk dəfə efirə çıxıb. 

Azmedia.Az xəbər verir ki, sənətçi müəllimi, Əməkdar artist Nuriyyə Əhmədova ilə birlikdə "Gündən-günə" proqramına qatılıb. Ramal aparıcı, Əməkdar artist Əkbər Əliyevin "Mələkxanım Eyubovanın yanında olmusan. Biləndəki Nuriyyə xanımdan bəhrələnmişən, təəccübləndim" sözlərinə belə reaksiya verib:

"Nuriyyə xanım ifa edəndə, deyirəm, müəllim dəhşət oxuyur. Mən hər kəsdən bəhrələnirəm".

Qeyd edək ki, Ramalın atası, Xalq artisti Mələkxanım Eyubovanın qardaşı Əliyaqub İsrafilov ötən ilin dekabrında dünyasını dəyişib.//axşam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!