Avropa nəhəngi kisənin ağzını açdı - Ardaya sürpriz təklif

İDMAN

27 Mart 2024 09:33

Oxunma sayi: 1291
Avropa nəhəngi kisənin ağzını açdı -  Ardaya sürpriz təklif

“Real Madrid” Arda Güler üçün diqqətçəkən təklif alıb.

AzmediA.az xəbər verir ki, “Bavariya” Ardanı transfer etmək üçün hərəkətə keçib. “Defensa Central”ın məlumatına görə, “Bavariya” Arda üçün 40 milyon avro təklif edib. “Real Madrid”in təklifə necə cavab verdiyi barədə məlumat verilməyib. Bundan əvvəl “Real”ın Ardanı icarəyə göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətinə qoşulandan sonra 3 dəfə zədələnib. Futbolçu zədə səbəbilə 25 matçı buraxıb. Arda “Real”da ümumilikdə 7 matçda 98 dəqiqə meydanda olub və 1 qol vurub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!