Avropa nevrologiya akademiyasının üzvü: “Yoluxma ehtimalı küçəyə çıxdıqdan sonra...“ ÖZƏL MÜSAHİBƏ

MÜSAHİBƏ

08 Aprel 2020 10:38

Oxunma sayi: 660
Avropa nevrologiya akademiyasının üzvü:     “Yoluxma ehtimalı küçəyə çıxdıqdan sonra...“   ÖZƏL MÜSAHİBƏ

"Öskürən, asqıran zaman ağzımı tuturam. Və virus mənim əlimə keçir. Daha sonra mən liftə yaxud avtobusa minirəm. Bu zaman liftin düymələrinə basıram, avtobusun tutacaqlarına toxunuram. Marketə daxil olub bir neçe məhsula toxunuram. Artıq mənim əlimdə olan viruslar ordadır".

 

Bu barədə Azmedia.az-a özəl müsahibəsində Avropa nevrologiya akademiyasının üzvü, həkim nevroloq Qalib Əsədov bildirib.

 

Karona virus haqda yayılan xəbərlərə reaksiya verən insanlar 3 qrupa bölünür. Bir qrup vətəndaş düşündü ki, bu ciddi məsələdir. Əgər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalıbsa, Azərbaycan dövləti ciddi tədbirlər görürsə demək ki, burda nəsə var. Nazirlər kabineti yanında yaranmış Operativ Qərargahın göstərişlərinə əməl etməyə. Mən buna adekvat reaksiya deyərdim. Çalışdı ki, evdən çölə çıxmasın. Bir qrup vətəndaş buna etinasız reaksiya göstərdi. Dedi ki, bu boş, cəfəng bir şeydir. Məsuliyyətsiz yanaşdı bu məsələyə. Və mən bir faktı nəzərinizə çatdırım ki, İtaliya və İranda bu virusun dəhşətli dərəcədə yayılmasına səbəb bu qədər məsuliyyətsiz, etinasız yanaşma oldu. Onlar düşündü ki, bundan qabaq Sars da olub Mers da olub. Nə etdi ki bizə?? Baxmayaraq dövlət deyirdi ki, kütləvi yerlərə getməyin, əllərinizi tez-tez yuyun. İnsanlar isə öz həyat tərzlərini eyni şəkildə davam etdirirdilər.

 

İranda cümə namazlarına gedirdilər. İtaliyada opera, konsert, futbol oyunları, kino və s.. yerlərə gedirdilər. Gəldi nəticəsi təhlükəli həddə çatdı. Bir qrup insanlar da var ki, panika, qorxu içərisindədir. Az qala onlarda təmizlik maniyası yaransın. Mən panika içərisində olan vətəndaşlara bildirmək istəyirəm ki, burada qorxulu heç nə yoxdur, əgər siz ÜST-nın verdiyi göstərişlərə əməl etsəz. Birincisi virusun yayılma səbəbinin başında virusun öldürmə qabiliyyətinin aşağı olması ilə ölçülür. Məsələn bundan qabaqki Ebola, Sars virusunda ölüm faizi yüksək idi. Hardasa 10-15%, yəni hər 100 nəfərdən 15-i ölür. Bu gün statistikaya nəzər yetirsək 5-7% ölüm riski var. Onların da böyük əksəriyyətinin başqa xəstəlikləri var. Ölən insanların daha çox 60 yaş üstü olduğunu deyirlər. Ancaq o yaşı keçən insanların orqanizmi sağlamdırsa ona virus təsir etməyəcək. Əgər o yaşda insanların infarkt, qan təziqi, şəkərli diabeti varsa onların immun sistemi bu güclü virusa dözmür.

 

Bu zaman onda ciddi pnevmaniya, tənəffüs çatışmazlığı əmələ gəlir. ÜST verən tövsiyyələrə əməl etsələr yəni özlərini izolyasiya etsələr bu zaman xəstəliyə tutulma ehtimalı aşağı düşür. Bəzi insanlar ele düşünür ki, biz cavanıq bizə heç nə olmaz. Onsuz da yalnız yaşlılar ölür. Lakin düşünmək gərəkdir ki, bizim evimizdə yaşlı anamız, nənəmiz, körpə uşağımız, nənə, babamız var. Özümüzü düşünməsək belə onları düşünməliyik. Çünki onlar yoluxsa çox ağır keçirərlər. Panikaya qapılmağa ehtiyyac yoxdur. Yadda saxlayın. Virus havada yoxdur. İnsanlar qorxudan pəncərə açmır ki, evə virus daxil olar. Pəncərəni açın, evinizi havalandırın. Virus ancaq bir yolla keçir. Əllərimiz ilə. Biz virusu əllərimiz ilə ağzımıza ötürürük. Başqa cür keçməsi münkün deyil. Digər ehtimalı isə yaxın məsafədən həmin virusa yoluxmuş insan bizim ağzımıza, üzümüzə asqırsa, öskürsə. Bu da çox nadir hallarda baş verə bilər. Əllərimiz ilə niyə keçir? Necə olur ki, biz virusu ağzımıza aparırıq? Təsəvvür edin, məndə o virus var.

 

Öskürən, asqıran zaman ağzımı tuturam. Və virus mənim əlimə keçir. Daha sonra mən liftə yaxud avtobusa minirəm. Bu zaman liftin düymələrinə basıram, avtobusun tutacaqlarına toxunuram. Marketə daxil olub bir neçe məhsula toxunuram. Artıq mənim əlimdə olan viruslar ordadır.. Sağlam insan həmin yerlərə toxundusa sonra da əlini yumadan ağzına, üzünə toxundusa o da virusa yoluxdu. Və beləsə həmin virus yayıldı.. Ona görə də, əlin kənar əşyaya dəydisə spirtlə, sabunla yu. Gələk maskalara. Bir şou yaşandı. Kütləvi şəkildə hər kəs maska axtarmağa başladı. Baxın, maska sağlam adamı qorumur. Virus mikroskopik orqanizmdir. Onu yalnız elektron mikroskop ilə görmək münkündür. Adi cərrahi maskaya lupa ilə baxsanız, görərsiniz ki, orda nə qədər kiçik dəliklər mövcuddur. Yəni, mən maska taxmışam, mənə heç bir şey olmaz - deyə bir şey yoxdur. Əksinə, maska taxan zaman üz dərisi qıcıqlanır, nəfəs aldıqca nəm mühit yaranır deyə insan daha çox mikrob qapır. Maska xəstə adamlar üçündür ki, asqırıq, öskürək zamanı kənardakı sağlam adam yoluxmasın. Yəni, o tibbi maskalardan xəstə insanlar istifadə etməlidir. Virus ancaq əllər vasitəsi ilə insanın orqanizminə daxil ola bilər. Başqa bir mif də sarmısaqla bağlıdır. Sarmısaq virusu öldürə bilməz. Tətqiqatlar göstərir ki, onun ancaq bir xeyri var. Səndən sarmısaq qoxusu gəldiyi üçün insanlar səndən kənar gəzəcək. Daha sonra insanlar düşünür ki, alkaqollu içkilər onları qoruyacaq. Bu da yalnış fikirdir. Düzdür spirtin tərkibi 60 dərəcədən yuxarıdırsa virusları öldürür.

 

Məsələn mən əlimi araqla yusam virus ölməyəcək. Çünki onun tərkibindəki spirt 40 dərəcədir. Ancaq, tibbi spirtlər öldürər. Onu da içmək olmaz, sağlamlığa ziyandır. Necə ki, İranda biz bunun şahidi olduq. İnsanlar spirtin onları qoruyacağını düşündü və normadan artıq spirt qəbul edərək, zəhərlənib öldülər. Sadəcə spirtdən əlləri dezinfeksiya etmək üçün istifadə edin. Əllərinizi tez-tez sabunla yuyun. Əsas da barmaq uclarını, çünki biz üzümüzə, ağzımıza məhz barmaq uclarımız ilə toxunuruq. Əl yuma prosesinə  3-5 dəq vaxt ayırın. İnsanlara məsləhətim kütləvi yerlərdən uzaq durmalarıdır. Çünki virusun inkubasiya dövrü 14 gündür. Bu günlər ərzində proses gizli də gedə bilər. Gizli gedən dövr ərzində yoluxmuş insan, sağlam insanları yoluxdurmağa davam edir. Ona görə də virus qısa zaman ərzində bütün dünyaya yayıldı. Bu səbəbdən dövlətimiz sərhəd keçən hər kəsi yoxlamadan keçirib, karantinə aldı. Həqiqətən sağlam olduğuna əmin olduqdan sonra onu içəri buraxdı. Dövlətimizin qabaqlayıcı tədbirləri sayəsində ölkəmiz digər ölkələr ilə müqayisədə çox yaxşı haldadır. Bizdə yoluxma digərlərinə nisbətən qat-qat azdır. Çində ilk yoluxma halı dekabrın 8-də baş verdi. Dekabrın 31-də çin bəyan etdi ki, yeni bir virus növü aşkar edilib. Artıq yanvar ayının 24-də Azərbaycanda Nazirlər Kabineti yanında Baş Qərargah yaradıldı. Qısa vaxt ərzində bütün tədris mərkəzləri, restoranlar, ticarət mərkəzləri, sərhədlər və s.. bağlandı. Olduqca radikal, ciddi tədbirlər görüldü. Çində aparılan tətqiqatlar göstərir ki, karantin tədbirlərinin 1 gün gecikməsi virus təhlükəsinin 40% artması deməkdir. Əgər biz İranla sərhəddi bağlamağa 1 gün geciksəydik bu gün bizdə indikindən 40% daha çox yoluxma halı qeydə alınacaqdı. Bu virusun yoluxdurma göstəricisi 2,9-dur. Orta hesabla desək 100 insandan 1-3 nəfəri yoluxdurur. 

 

Bu gün belə bir fikirlər səslənir ki, Çin əhalinin sayını azaltmaq üçün belə bir virus yayıb. Bu tamamilə absurd bir fikirdir.  Hazırda Çin iqtisadiyyatı çökmüş durumdadır. Dünya iqtisadiyyatı da bu vəziyyətdədir. Hətta dünya iqtisadiyyatının əvvəlki halına qayıtması üçün 15 il vaxt lazımdır. Bilərəkdən yayılan virus söhbəti elmi cəhətdən də münkün deyil. Tutaq ki, mən bir virus və onun vaksinini hazırlamışam. Bu virusu dünyaya yayıram ki, sonra vaksini sataraq pul qazanım. Viruslarda mutasiya-dəyişmə deyilən bir şey var. Məsələn İtaliya və İspaniyadakı virus Çindəki virusla eyni deyil. Virusun 2 forması var. S və L forma. İtaliya və İspaniyadakı virus özünü daha aqresiv aparır. Ona görə də burda ölənlərin sayı Çində ölənlərin sayından daha çoxdur. Mən milyonlar ilə pul xərcləyib virus və vaksin hazırladım. Virusu yayandan sonra o mutasiyaya uğrayır, artıq mənim hazırladığım vaksin işə yaramır. Yəni bu sadəcə boş fikirdir. Tarix də bunu göstərir. Silahlar var - odlu silahlar, kimyəvi silahlar və s.. Nüvə silahları var, onlardan istifadə olunub. Yaponiyada Herosima, Naqasaki. Onlardan tarix boyu istifadə olunub. Amma bütün dövlətlərin bakterioloji silahı var, istifadə olunmur. Ondan istifadə çox qorxuludur. Çünki sən istifadə etsən, qarşı tərəf də cavab verəcək. Bu çox təhlükəlidir, bumeranq kimi özünə qayıdır. Mən hansısa bir dövlətin əhalisini zəhərlədim. Onun da mənim dövlətimə sızmış kəşfiyyatçısı burda öz virusunu yayıb dövlətimi zəhərləyəcək. Qısacası bu gündəm yaratmaq üçün sensasiya xarakterli xəbərlərdir. 

 

Qidalanmaya haqda deyim ki, insanlar ürəkləri istəyən hər şeyi yesinlər. Normal qidalansınlar. Miflərdən biri də, vitamin C vurdurmaqdır. Onsuz da biz o vitamin C ehtiyyacını müəyyən qidalar ilə orqanizmamıza ötürürük. Özlərində qızdırma, öskürək, hərarət hiss etdikdə 103-ə zəng etsinlər. Özləri evdən çıxmasınlar. Zəng edib tibbi yardımı evə çağırsınlar. Özü evdən çıxıb gedən zaman yolda sağlam insanları yoluxdura bilər. 103 xidməti gəlib evdə onlardan nümunələr götürərək müayinə edəcək. Nəticələr pozitiv çıxarsa karantin tətbiq ediləcək. Münkün qədər ad günü, toy, nişan və s.. kütləvi insan yığılan tədbirlərdən uzaq olsunlar. İnsanlar daim tövsiyyələrə əməl etsinlər. Günümüzdə 35-ə yaxın elmi tətqiqat institutu var ki,onlar hal-hazırda yalnız korona virus haqqında düşünür. Vaksin hazırlamağa çalışır. Xahiş edirəm, insanlar zəruri hal olmadıqca küçəyə çıxmasınlar. Evdə olduğu müddətcə insanın yoluxması münkün deyil. Yoluxma ehtimalı küçəyə çıxdıqdan sonra baş verir. Əlim liftin düyməsinə toxunanda, sürahidən tutanda, marketin qapısına toxunanda və s.. Evin içində mənə heç nə olmaz. Özünü və evdəkiləri düşünərək evdə otur. Məcbur olmadıqca çölə, bayıra çıxma. 

 

Mən əminəm ki, tibb bunun öhdəsindən gələcək. Vaksinlər hazırlanacaq. Bu virusun qarşısı alınacaq. Və bu pandemiyadan sonra dünya yeni bir çiçəklənmə dövrünə keçəcək. İnsanların tibbə, həkimlərə inamı artacaq. Qətiyyən panikaya düşməyin. İnsan nə qədər pozitiv olsa, müsbət düşünsə o qədər də xəstəlik, dərd ondan uzaq olar. Daim deyin, gülün, əylənin. O zaman xəstəlik də tez keçib gedəcək. Biz xalq olaraq çox güclüyük və sonda bu mübarizədən üzü ağ çıxacağıq. Mən buna bütün qəlbimlə əminəm".

 

Sara

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!