Avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? - AÇIQLAMA (FOTO)

ÖLKƏ

26 Aprel 2024 13:25

Oxunma sayi: 205
Avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı?  - AÇIQLAMA (FOTO)

Son vaxtlar Bakı şəhərində sərnişin avtobuslarının öz zolaqlarından kənarda hərəkət etməyə üstünlük verməsi müşahidə olunur.

Azmedia.Az  xəbər verir ki, şəhərdə bir çox ərazilər var ki, onlar üçün nəzərdə tutulan sağ zolaq boş olduğu halda belə avtobus sürücüləri yolun solu ilə hərəkət etməyə üstünlük verirlər.

Bəs görəsən, avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Sorğunu idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.

O, qeyd edib ki, avtobusun öz zolağından kənara çıxmasına görə, heç bir inzibati məsuliyyət nəzərdə tutulmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!