Avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra yaşıllıq zolağına girərək ağacları məhv edib - FOTO

ÖLKƏ

23 Mart 2024 10:15

Oxunma sayi: 190
Avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra yaşıllıq zolağına girərək ağacları məhv edib -  FOTO

İdarəetmədən çıxan minik avtomobili öncə işıq dirəyinə çırpılıb, daha sonra yaşıllıq zolağına girərək ağacları məhv edib.

Azmedia.Az-ın məlumatına görə hadisə Mingəçevirdə, Heydər Əliyev prospektində Sənaye Parkının yaxınlığında baş verib.

İdarəetmədən çıxan BMV markalı avtomobil işıq dirəyinə çırpılaraq onu yararsız vəziyyətə salıb. Daha sonra yaşıllıq zolağına girərək 6 ədəd həmişəyaşıl ağacını məhv edib.

Avtomobil, işıq dirəyi və ağaclar ciddi fəsad alsa da xoşbəxtlikdən sürücü qəzadan salamat qurtulub.

Faktla bağlı araşdırma aparıllr.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!