“Axır ki, özümə bir “şeyx” tapdım” - FOTO

ŞOU BİZNES

02 Aprel 2024 13:00

Oxunma sayi: 171
“Axır ki, özümə bir “şeyx” tapdım” -  FOTO

Müğənni Xatirə İslam həyat yoldaşı və oğlu ilə tətilə yollanıb.

Azmedia.Az xəbər verir ki, ifaçı tətil üçün Birləşmiş Ərəb Əmirliklərini seçib.

Əbu-Dabi şəhərinə gedən Xatirə sosial media hesabındakı paylaşımları ilə də diqqətləri üzərinə cəmləməyi bacarıb.

O, ailəsi ilə birlikdə gəzintilərindən foto və videolarını "Instagram" hesabında yayımlayıb.

Diqqətçəkən məqamlardan biri isə İslam ləqəbli müğənninin çarşab taxaraq çəkdirdiyi video olub. Xatirə çarşabı onun üçün düzəldən ərəb bəylə videoya çəkilərkən bu sözləri deyib:

"Axır ki, özümə bir "şeyx" tapdım".

Müğənninin səyahəti bunlarla bitməyib. O, gün ərzində müxtəlif məkanlarda olaraq, istirahətin dadını çıxardıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!