Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi - VİDEO

İDMAN

05 Aprel 2024 23:14

Oxunma sayi: 260
Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi -  VİDEO

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” - “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Neftçi” - “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Neftçi” - “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!