Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

İQTİSADİYYAT

26 Sentyabr 2019 21:38

Oxunma sayi: 313
Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

"Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.

 

Azmedia.az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

 

Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:

 

"Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir".

 

Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!