Azərbaycan karateçiləri beynəlxalq turnirdə dörd medal qazanıblar - FOTO

İDMAN

08 Aprel 2024 02:07

Oxunma sayi: 166
Azərbaycan karateçiləri beynəlxalq turnirdə dörd medal qazanıblar -  FOTO

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən beynəlxalq turnirdə dörd medal qazanıblar.

Azmedia.Az xəbər verir ki, fərdi kumite yarışında idmançılarımızdan Əminağa Quliyev (60 kq) qızıl, Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) isə bürünc medala sahib olublar.

Kata yarışında Ramilə Heydərova gümüş medala layiq görülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!