Azərbaycan Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

SİYASƏT

26 Sentyabr 2019 07:11

Oxunma sayi: 304
Azərbaycan Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

 

XİN-dən Azmedia.az-a verilən məlumata görə, toplantı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

 

Nazir iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!