Azərbaycan klubunda baş məşqçi istefası -SON DƏQİQƏ

İDMAN

06 Aprel 2024 15:54

Oxunma sayi: 329
Azərbaycan klubunda baş məşqçi istefası  -SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında baş məşqçi ayrılığı baş tutub.

Belə ki, Azər Bağırov “Araz Naxçıvan”dan getməyə qərar verib.

Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonra gənc mütəxəssis getmək istəyini rəhbərliyə bildirib.

Onun müraciəti müsbət qəbul olunub.

39 yaşlı mütəxəssis 2022-ci ilin 1 iyununda “Araz-Naxçıvan”ın "sükanı arxası"na keçmişdi. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaqdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!