Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

İQTİSADİYYAT

26 Aprel 2024 13:55

Oxunma sayi: 188
Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib.

Bu barədə  Azmedia.Az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,1 bənd çox, ilin əvvəlinə nisbətən 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,2 bənd çoxdur.

Bu il martın sonuna manatın real effektiv məzənnəsi isə 121,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd az, ilin əvvəlinə nisbətən 0,4 bənd çox, illik müqayisədə isə 1,9 bənd azdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!