Azərbaycan millisi Bolqarıstana qarşı - YENİLƏNİR

İDMAN

25 Mart 2024 10:58

Oxunma sayi: 222
Azərbaycan millisi Bolqarıstana qarşı  - YENİLƏNİR

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Azmedia.az Fanat.Az-a istinadən xəbər verir ki, Arif Əsədovun başçılıq etdiyi yığma Bolqarıstan ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17.00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

“FIFA series – Edition 2024”

25 mart

20.00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!