Azərbaycan millisinin hücumçusu yeni komandası ilə məşqlərə başlayıb

İDMAN

04 Sentyabr 2024 13:00

Oxunma sayi: 564
Azərbaycan millisinin hücumçusu yeni komandası ilə məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası "Nürnberq"lə kollektiv məşqlərə start verib.

Azmedia.Az xəbər verir ki, uzun müddətdir yaşıl meydandan uzaq qalan hücumçumuz zədəsini bərpa edərək komanda ilə məşqlərə başlayıb.

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlıqlara start verdiyi üçün çox sevindiyini bildirib.

Qeyd edək ki, "Nürnberq" sentyabrın 5-də yoxlama oyununda "Ertsgebirge" ilə üz-üzə gələcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!