Azərbaycan nefti ucuzlaşır

İQTİSADİYYAT

27 Sentyabr 2019 09:13

Oxunma sayi: 336
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,54 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel azdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!