Azərbaycan neftinin büdcə qiyməti nəyə görə artırılır? AÇIQLAMA

İQTİSADİYYAT

30 May 2023 23:17

Oxunma sayi: 813
Azərbaycan neftinin büdcə qiyməti nəyə görə artırılır?   AÇIQLAMA

“Təqribən 1 ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinə dəyişikliklərlə barədə danışmışdı və bu dəyişikliklər gözlənilən idi. Bu ilin ilk beş ayının orta ixrac qiyməti 80 dollardan yüksəkdir. Həmçinin neftin qiyməti ilə bağlı istər OPEC-in, istərsə də Beynəlxalq Enerji Agentliyinin proqnozları neqativ deyil. Neft qiymətlərinin ucuzlaşması ilə bağlı hər hansı proqnoz yoxdur”.

Bunu  Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin qiymətinin artırılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, hətta neftin qiymətinin 90 dollara qədər qalxa biləcəyi proqnozlaşdırılır. Amma elə indiki səviyyədə qalsa belə, bu, neft qiymətlərinin büdcə proqnozundan 40-50 faiz daha çox olması deməkdir. Bu baxımdan hökumət büdcəyə korrektə edir.

“Dünyada inflyasiyanın yüksək səviyyəsini nəzərə alaraq pulu yığıma deyil, investisiyaya yönləndirmək lazımdır. Yəni daha çox əlavə dəyər yaradacaq işlər görmək lazımdır”, - deyə İlham Şaban vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!